Mobil versiya
"Onlar qanunun sərt üzü ilə üzləşəcəklər" - MSK sədrindən XƏBƏRDARLIQ
Tarix: 10-08-2024 | Saat: 19:20
Bölmə:Manşet / Parlament | çapa göndər

"Onlar qanunun sərt üzü ilə üzləşəcəklər" -

“Heç bir namizədin digər namizədlərin hüquqlarını pozmağa haqqı yoxdur, bu baş verərsə, qanunun sərt üzü ilə üzləşəcəklər və müvafiq addımlar atılacaq”.

aia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O, təyin edilmiş yerlərdən kənarda, insanların arasında narazılıq yaratmağa çalışan namizədlərlə bağlı tədbirlərin görüləcəyini deyib:

“Biz hər zaman namizədlərin hüquqlarının qorunmasına, onların xeyrinə qərarların verilməsinə çalışırıq. Lakin cəmiyyətdə xoşagəlməz hadisələrə səbəb olmaq istəyən, qığılcım yaradan şəxslər də qanunun sərt üzü ilə qarşılaşacaqlar. Namizədlər üçün seçicilərlə harada görüşmək mümkündürsə, həmin ərazilər görüş yerləri siyahısına daxil edilib. Açıq görüş yerləri qapalı yerlərdən iki dəfə çoxdur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024