Mobil versiya
Azər Kərimli seçicilərlə görüşdü
Tarix: 10-08-2024 | Saat: 10:29
Bölmə:Seçki 2024 | çapa göndər

Azər Kərimli seçicilərlə görüşdü

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimlinin Zaqatala rayonunun Danaçı və Uzunqazmalar kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşdən əvvəl rayonun Birinci və İkinci Qarabağ döyüşlərində şəhid olan qəhrəmanların məzarı ziyarət olunub.

Azər Kərimli giriş nitqində budəfəki seçkilərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk parlament seçkiləri olduğunu vurğulayıb. Cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın suverenliyinin bərpa olunması qeyd olunub.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azər Kərimli seçicilərlə görüşdə ötən dövr ərzində görülən işlər barədə də danışıb. Daha sonra deputatlığa namizəd Azər Kərimli seçicilərin suallarını cavablandırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024