Mobil versiya
Aydın Hüseynov seçiciləri ilə görüş keçirib
Tarix: 10-08-2024 | Saat: 09:41
Bölmə:Parlament | çapa göndər

Aydın Hüseynov seçiciləri ilə görüş keçirib

Avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 37 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun ARDNŞ-nin Sahil qəsəbəsində yerləşən Texnoloji Nəqliyyat Sahəsinin qarşısındakı meydanda seçicilərlə ilk görüşü keçirilib.

Tədbiri açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev xalqımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbrəliyi ilə qələbədən-qələbəyə aparan Yeni Azərbaycan Partiyasının əldə etdiyi böyük uğurlardan, qarşıdakı seçkilərdə irəli sürdüyü platformadan geniş bəhs edib. Partiya tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Qaradağ rayonunda göstərdiyi hərtərəfli fəaliyyət haqqında ətraflı məlumt verib.

Tədbirdə çıxış edən deputatlığa namizəd Aydın Hüseynov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu günədək böyük qələbələrə imza atmış Yeni Azərbaycan Partiyasının namizədi olmaqdan qürur duyduğunu bildirərək partiyanın seçki platforması barədə ətraflı məlumat verib. YAP sədri, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət nəticəsində Azərbaycanın son 21 ildə böyük inkişaf yolu keçdiyini qeyd edən deputatalığa namizəd ölkəmizin qarşısında görünməmiş perspektivlər açıldığını bildirib. Görünməmiş inkişafa nail olaraq regionun lider dövlətinə çevrildiyini, möhtəşəm Zəfərlə ərazi bütövlüyünün və suverenliyimizin tam bərpa edildiyini vurğulayıb.

Seçiciləri qarşıdan gələn parlament seçkilərində xüsusi fəallıq göstərməyə çağıran A.Hüseynov seçiləcəyi təqdirdə qaradağlıların etimadını doğrultmaq üçün əzmlə çalışacağını bildirib.

Tədbirdə digər çıxış edənlər: “Boş Şelf” Şirkətinin nümayəndəsi Cavanşir Əliyev, YAP Qaradağ rayon Seçki Qərargahının üzvü Roman Nağıyev, Şəhid ataları: – Namiq Kəlbiyev, Əjdər Mirzəliyev, Yavus Rəsulov, seçicilərdən Hacı İrzabala İbrahimov, Şəhid qardaşı Etibar Seyidov, Zöhrab Babayev və digərləri çıxış edərək Aydın Hüseynovu uzun müddətdir ki, tanıdıqlarını, onun artıq 3 dəfə Milli Məclisin üzvü seçildiyini, bu dəfə də xaqlımızın inkişafında mühüm rol oynamış YAP-ın namizədi olaraq seçkilərdə qalib gələcəyinə inandıqlarını bildiriblər. Seçiciləri onun namizədliyini dəstəkləməyə çağırıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024