Mobil versiya
Məkkədə aşan kranın sahibi ben Laden ailəsi imiş
Tarix: 12-09-2015 | Saat: 23:02
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər



Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Əl-Haram məscidində zəvvarların üzərinə aşan inşaat kranının sahibi “Əl-Qaidə”nin öldürülmüş sabiq lideri Üsamə ben Ladenin ailəsidir. Bu barədə məlumatı İngiltərənin Daily Mail nəşri əldə edib.

Aia.az Azərtac-a istinadən xəbər verir ki, nəşrin yazdığına görə, zəvvarların üzərinə aşan kran Saudi BinLaden Group tikinti firmasını idarə edən alman kompaniyasına məxsusdur. Ölkənin tikinti bazarında inhisarçı olan bu firmanın əsası 1931-ci ildə “Əl-Qaidə”nin eks-liderinin atası Məhəmməd ben Laden tərəfindən qoyulub.

Ben Laden Səudiyyə Ərəbistanında hörmətli familiyadır. Bu familiyanı daşıyanlar arasında milyarderlər və kralın yaxın dostları var. Bir nömrəli terrorçunun 600-ə yaxın qohumunun olduğu bildirilir.

Xatırladaq ki, kranın aşması nəticəsində 107 nəfər həlak olub, 238 nəfər yaralanıb. Ölənlər arasında iki türk zəvvar da var.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024