Mobil versiya
Qazaxıstanın yeni pulu - FOTO
Tarix: 15-11-2016 | Saat: 14:20
Bölmə:İqtisadiyyat | çapa göndər



Qazaxıstan Mərkəzi Bankı dekabrın 1-də - Birinci Prezident Günündə ölkənin müstəqilliyinin 25 illiyinin şərəfinə xatirə banknotları çap edəcək.
Qazaxıstan mətbuatına istinadən xəbər veririk ki, bu barədə ölkənin Mərkəzi Bankının sədri Daniyar Akişev açıqlama verib.
O deyib ki, ölkənin müstəqilliyi dövlət başçısının adı ilə bağlıdır:


”Buna görə də Mərkəzi Bank Nursultan Nazarbayevin portreti ilə ölkənin inkişafını əks etdirən banknotlar çap edəcək”.
Onun sözlərinə görə, liderlərin protreti ilə banknotların çapı dünya tarixində ilk deyil. Bundan əvvəl Musata Kamal Atatürk, Uinston Çerçill, Li Kuanın portreti ilə dövriyyəyə banknotlar buraxılıb:
“Əminəm ki, Nursultan Nazarbayevin əksi ilə çap edilən banknotlar bu sırada öz yerini tutacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024