ŞƏMSİ QOCA: MƏMMƏD QƏDİR POEZİYASI VƏ ŞAİRLİK
Tarix: 30-07-2024 | Saat: 12:27
Bölmə:Manşet / Özəl / Yazar1 | çapa göndər
Müasir poeziyamızın günü-güzəranı necədir? Sualına hərə bir cavab verir, heç kim də həqiqəti olduğu kimi deməyə ya cəsarət eləmir, ya da ağrımayan başına duz bağlamaq istəmir. Olsun. Biz də çalışaq ki nə şiş yanmasın, nə də kabab. Amma heç olmasa bizi düşündürən, narahat edən bəzi mətləblərə aydınlıq gətirib sonra keçək Məmməd Qədirin poetik dünyasının incilərini incələməyə.
Demək istədiyim odur ki, əvvəllər ədəbiyyat cameəsində yazıçı, şair, publisist, tənqidçi olardı. Amma indi bu sıraya bir də şeiryazanlar əlavə olunub. Düzdür bu şeiryazanlar qabaqkı əyyamda da vardı, amma səslərini çıxarmağa cəsarət eləməzdilər. Çünki onları ədəbiyyatın Astanasına yox, heç yüz metrliyinə də buraxan yox idi. İndi sosial şəbəkələr meydanı ən çox şeiryazanlara verdiyindən onların səsi hamıdan gur çıxır. Əcəba şeiryazan nə deməkdir sualına belə cavab verim ki, bəzi adamlar “şeir” yazır, hər gün yazır, hər saat yazır ... lakin şair ola bilmir ki, bilmir. Çünki dolmayla pərvanəni, qatıqla şoru həmqafiyə bilir, ağlına gələni düzür bir-birinin ardınca bu da olur “şeir”. Feysbukda isə dərhal xeyli “layk” toplayıb olur günün qəhrəmanı. Sağ olsun dostlar, heç oxumadan bir “layk” işarəsinə xəsislik eləmirlər. Ona görə də şeiryazanların səsi həddən artıq gur çıxır.
Bu gurultunun, bu səsli-küylü aləmin içində ara-sıra əsil poetik səsə, poetik ruha rast gəlmək mümkündür. Bu poetik səslər istər-istəməz diqqəti çəkir, insanı əsrarəngiz aləmə aparır və əsil poeziya nəfəsindən riqqətə gəlməmək mümkün olmur. Belə səslərdən biri Məmməd Qədir poeziyasının səsidir. Xaçmaz şəhərində, özünün özünəməxsus dünyasında yaşayan, ilhamın əlindən tutub ruhundan süzülənləri sözə çevirən Məmməd Qədiri eləcə sosial şəbəkələr üzərindən tanıyıram. Nə bir dəfə görüşməmişik, nə də şəxsi tanışlığımız yoxdur. Lakin onun poeziya nümunələri sayəsində əslində min ilin dostlarıyıq. tanışlarıyır. Çünki Məmməd Qədir poeziyası saf bulaq suyu kimi dumdurudur, təmizdir, orijinaldır və insanı öz içinə çəkə bilir. Bax beləcə. Özünün dediyi kimi:
Saxlaya bilmirəm, ruh sənə uçur,
Yetim uşaq kimi köksünə qaçır,
Dirənsəm dizlərim şırımlar açır,
Sanki dəvə dartır, fil çəkir məni.
[
Məmməd ruh adamıdır. Ruhun pıçıltısında yuxuya gedir, ruhun avazında nəğmə kimi oxunur və nəhayətdə özü də ruhlar aləmindəki söz incilərindən birinə çevrilir:
Ruhumu yıxıb içimdən,
Ürəyim çıxıb içimdən,
Həyatım axıb içimdən,
Bu gecə məndən keçəcək.
[[/b]
Əslində hiss olunan odur ki, Məmməd hər gecə içində ruhunun yıxıldığı, ürəyinin bədənindən çıxıb söz aləminə pərvazlandığı bir dünyada yaşayır, yazır, yaradır. Məmmədin sevgisi ülvidir, ruhaniyyətdən doğan ilahi bir sevginin sözdə təsviridir. Hər kəlməsi, hər ahəngi yerindədir, su kimi axır, oxucunu həmin dəqiqədən özünə, öz aləminə cəlb edə bilir:
Bu sevgidə nəymiş günah,
Hər gün səbr, hər gün sabah,
Qovuşmağa qoymur Allah,
Sən Allahın, mələksənmi?!.
Məmməd Qədir sözün məna çalarlarını, cinaslarını, səslərin ahəngini o qədər gözəl, yerində işlədir ki, şeiri oxuyanda sanki musiqili bir aləmə düşür insan. Söz su kimi axır. Səslərin harmoniyası insanın qəlbini riqqətə gətirir. Dərin bir fəlsəfə, ruhanı bir yüngüllük qaplayır insanın qəlbini:
Arı tək qonmuşam bal ürəyinə,
Cəh-cəh öyrətmisən lal ürəyimə,
Aç könül qapısın, sal ürəyinə,
Vallah, ayrılıqda yel çəkir məni...
Bu bənddə daha nəyi deməliydi ki şair? Deyiləsi hər şeyi elə ustalıqla, elə gözəl nəzm edib ki ...
Yaxud:
Varlığın möcüzə, zərgər işidi,
Zərgər bağışlasın, duyur, eşidir,
Bu sevgi göylərin göstərişidi,
Ruhunu doldurmaz boşuna gələn!
O qayam uçulub, bu dağım yanıb,
Dilim parçalanıb, dodağım yanıb,
Sevginlə sınama, barmağım yanıb,
Başmaqçı olurmuş başına gələn!
Bu iki bənddə şair səmanın özü boyda genişdir, ormanların təmiz havası qədər insanın ruhunu oxşayır, sevgisini göylərin göstərişi bilib, gələnin boşuna gəlmədiyini bədii bir dillə, özü də şirin, şəkər dillə oxucuya çatdırır. Indi hünərli oxucu lazımdır ki, bu fəlsəfəni dərk eləyib ilahi sevginin mahiyyətini ruhuna hopdura bilsin.
Məlumdur ki, Vətən müharibəsinin qəhrəmanlarına çoxlu şeirlər yazılıb, çoxlu mahnılar bəstələnib. İgid oğullarımıza həsr olunduğundan heç kim də nə şeirin, nə də mahnıların zəif tərəflərinə fikir vermir. Çünki belə şeirləri, belə mahnıları tənqid eləmək bizim adətimizdə deyil. Amma bir şeyi bilmək lazımdır ki, hər bir mahnını mənalı edən onun sözləridir, şeirdir. Əslində adi söz yığınına yox, Məmmədin şeirlərinə müraciət edilsəydi daha gözəl məahnılar yaranardı. Onun həmyerlisi, Xaçmazın Qusarçay kəndindən olan qəhrəman topçu Vüsala həsr etdiyi şeiri oxuyanda mənim bu fikrimlə razılaşacaqsınız:
Bir elə işıqdı məsləkində nur,
Xalqın simasıdı o vüqar, qürur,
Toparla özünü, son zərbəni vur,
Titrəsin zərbindən yer, göy, asiman-
Qələbə sənindir, topçu qəhrəman.
Bu bircə bənddə nə yoxdur? Qəhrəmanlıq fəlsəfəsindən tutmuş, xalqın içində doğan sevgiyə, qürura qədər hər şey yerli-yerində işlədilib, hiss olunur ki, şair bu hissləri ruhən yaşadıqdan sonra öz süzgəcindən keçirərək şeirə çevirib.
Məmməd Qədir bütün ruh adamları kimi içində də, çölündə də bir ağrı gəzdirir. Gəzdirdiyi yaranın ağrısının şirinliyindən məst olan şair “hər sarğının dayandıra bilmədiyi ruh qanını dayandırmaq üçün yarasına bir azca Günəş sarınmasısını diləyir , söz kəhkəşanında elə parlaq səslər, elə ahənglər seçir, seçdiklərini elə gözəl ipə-sapa düzür ki, sadəcə “Əhsən” deməmək olmur:
İçim elə saf ki, yer yoxdu qurda,
Qur da, ürəyini, sevgimə, qur da!
Səni sevən gündən dönmüsəm qurda,
Ürəyim ulayır Ay sarı gəlin!
Budur sözün qüdrəti! Budur Məmməd Qədir poeziyasının canı, qanı! Türkün böyük dünyasının, şirin dilinin, boz qurd ulartısının sevgiylə birləşdiyi bir aləmdir:
Gör nə ruhdan düşüb ruhun adamı,
Daha gecə doğur ruhumun danı,
Tökülər gecəyə ruhumun qanı,
Köynəyimə sızar,- bu qədər olmaz!
Bundan sonra nə demək olar? Bu duyğuların sahibi, bu ruhun adamı, yaxud bu adamın ruhu sevdalı bir şair ömrünü sakit, səssiz yaşayır, incilər yaradıb yara deyiləndən kar aşmadığını görüb Yaradana üz tutmağın daha əfzəl olduğu qənaətinə gəlir:
Məmməd, yar dərdini yarıdana de,
Yarısın qüruba, yarı dana de,
Yara gücün çatmır, Yaradana de,
Vallah, giley-güzar bu qədər olmaz.[i]
Mən də yazının əvvəlini giley-güzarla başlamışdım. Şükür ki sonu Məmməd Qədir poeziyasının könlü riqqətə gətirən nümunələri ilə bitir, içimdə bir rahatlıq, bir mənəvi zövq ilə bitmək üzrədir. Bir şeyi dəqiq bilirəm ki Məmmədin bütün yaradıcılığı belə zəngin və rəngarəngdir. Heyif ki Məmməd başqaları kimi təbliğ (bəlkə də reklam) ounmur. Çünki Məmməd özü demişkən təkdir, boz qurd kimi “ reləməklıə işlərini bitmiş yalqızdır. Ona görə də sadəcə Məmmədin poeziyasını sevənlər sadəcə “layk” işarəsi ilə kifayətlənməməli, Məmmədin yaradıcılığını təbliğ etməli, hər yerdə, hər məclisdə bu gözəl incilərdən nümuə gətirməlidirlər. Çünki Məmməd Qədir şeiryazan yox, ŞAİRdir! O ŞAİR deyir ki:
Hamı görüb məndə səni,
Xalqı özünə güldürmə.
Mən seçmişəm bəndə səni,
Məndə Allahı öldürmə.
Şəmsi Qoca,
şair-publisist, AYB-nin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025