Yeni sürücülük vəsiqələrində mövcüd olan qüsurlar - VİDEO
Tarix: 10-11-2016 | Saat: 16:09
Bölmə:Şou-biznes | çapa göndər
Noyabrın 11-də Milli Məclisin plenar iclasında yol hərəkəti haqqında qanuna bir sıra dəyişikliklər müzakirəyə çıxarılacaq. Dəyişikliklərdə ilk dəfə sürücülük vəsiqəsi alanların imtahan verərkən avtomat və ya mexaniki ötürmələr qutusundan istifadə ilə bağlı seçim verilməsi, eləcədə xarici ölkədə alınan vəsiqənin dəyişdirilməsi ilə bağlı yeniliklər öz əksini tapıb. Amma qanunun təhlili bir sıra cavabsız sualları ortaya çıxarır.
Xəzər TV xəbər verir ki, yol hərəkəti haqqında qanuna təklif edilən dəyişikliklərdən biri sürücülük vəsiqəsi almaq üçün imtahanda avtomobilin sürət qutusunun avtomat və yaxud mexaniki olmasının nəzərə alınmasıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu yenilikdə qaranlıq qalan bir sıra suallar var.
Dəyişiklik qəbul edilsə, sonradan mexaniki ötürmələr qutusuna malik avtomobil idarə etmək istəyənlər yenidən imtahan verməli olacaqlar.
Ekspertin sözlərinə görə, yenilik təklif edilərkən ölkənin avtomobil parkı da nəzərə alınmalıdır.
Layihədəki digər yeniliyə görə Azərbaycan vətəndaşı xarici dövlətdə aldığı sürücülük vəsiqəsindən ölkəmizdə yalnız bir ay müddətində istifadə edə biləcək. Həmin müddət vətəndaşın ölkəmizə daxil olduğu gündən hesablanır. Müsbət cəhət ondan ibarətdir ki, hazırda yol polisinin mərkəzi məlumat sistemində xarici sürücülük vəsiqəsi ilə bağlı məlumatlar yoxdur. Bu isə sonradan ciddi problemlərə səbəb ola bilər. Məqsəd həmin vəsiqələrin dəyişdirilərək həmin sistemə inteqrasiya etməkdir. Amma bu bənddə də müəyyən şübhəli məqamlar var.
Ekspertin sözlərinə görə, qanunda belə boşluqların olması sonradan sui-istifadəyə, eləcə də sürücülərlə polis arasında ciddi mübahisələrə səbəb ola bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ