Mobil versiya
Ramil Usubov DYP rəisini sərt cəzalandırdı
Tarix: 08-11-2016 | Saat: 10:45
Bölmə:Manşet | çapa göndər



Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Tofiq Quliyev tutduğu vəzifədən azad edilib.

Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, T.Quliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib.

Hazırda Nərimanov DYPŞ-nin rəisi vəzifəsinə təyinat yoxdur.

Məlumata görə, Tofiq Quliyevin işdən çıxarılmasına səbəb rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasıdır.

Ona dəfələrlə xəbərdarlıq olunsa da, rəis həmin ərazilərin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nəzarətində olduğunu bildirib və heç bir tədbir görməyib. Lakin araşdırma aparıldıqda məlum olub ki, dayanma-durma qaydalarının pozulduğu və sıxlıq yarandığı əraziyə cavabdeh birbaşa Nərimanov DYPŞ-dir. Bu səbəbdən də rəis cəzalandırılaraq işdən azad olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024