Mobil versiya
“Azərbaycan yaxın dövrdə Qarabağı qaytarmağa hazırlaşır” MÜHARİBƏ VARİANTI
Tarix: 08-11-2016 | Saat: 10:39
Bölmə:Manşet | çapa göndər



Azərbaycanın Pakistandan silah alması Ermənistanda ciddi qorxulara səbəb olub.

Erməni politoloq Stepan Qriqoryan Azərbaycan və Pakistan arasında əməkdaşlığa məhdudiyyət olmadığına diqqət çəkərək, bunun Ermənistan üçün dəhşətli nəticələrə səbəb olacağını bildirib:

“Pakistan NATO-nun və Avropa Birliyinin üzvü deyil və ona heç kim mane ola bilməz. Pakistan Ermənistanı dövlət kimi belə tanımır, Azərbaycanla isə qardaş münasibətlərə sahibdir. Bu, bizim ən böyük bəlalarımızdan biridir. Bu ölkə nüvə dövlətidir və çox güclüdür. Belə güclü dövlətlərlə sıx əlaqələr Azərbaycana istənilən an Qarabağı qaytarmağa icazə verir”.

Erməni politoloq İrəvan rejimini dişsiz siyasət aparmaqda ittiham edib. “Azərbaycan öz məqsədinə doğru qətiyyətlə irəliləyir, Ermənistan isə öz ampulasındadır. Heç bir real addım, real cavab yoxdur. Bizim verdiyimiz cavablar da çox gec olur”, - deyə o bildirib.

Qriqoryan deyib ki, Azərbaycan Qarabağı yaxın dövrlərdə qaytarmağa hazırlaşır: “Güman ki, bu müharibə yolu ilə olacaq. Çünki danışıqlar heç bir nəticə vermədi və Bakının atdığı addımlar göstərir ki, onlar heç nə ilə barışmaq istəmirlər. Hətta böyük güclərin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz istəyində israrlıdır. Güman ki, Azərbaycan böyük müharibəyə hazırlaşır və bu, onun qələbəsi ilə başa çatacaq. Çünki onlar hər şeyi ölçüb-biçirlər. Bu günə qədər Ermənistanın əli çatmayan bir çox ölkədən silahlar əldə ediblər, Pakistan da onlardan biridir. Sonra Ermənistan hakimiyyəti bəhanə gətirməsin ki, bizim heç nədən xəbərimiz yox idi”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024