Mobil versiya
QHT Ağsuda tibbi maarifləndirici tədbir keçirib
Tarix: 22-07-2024 | Saat: 11:14
Bölmə:Parlament | çapa göndər

QHT Ağsuda tibbi maarifləndirici tədbir keçirib

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir” layihəsi çərçivəsində Ağsu rayonunda Heydər Əliyev Mərkəzində 19 iyulda tədbir keçirilib.

Tədbiri açıq elan edən, layihə rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bildirib: Ürək qan damar sistemi xəstəliklərinin inkişaf riski, bu xəstəliklərin ağırlaşmasının profilaktikası barədə əhalini geniş maarifləndirmək əsas məqsədlərimizdən biridir. Praktiki tövsiyələr verməklə yanaşı, yerlərdə insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına nail olmaq, kardiolojı xəstəliklərinin ağırlaşmasının qarşısını qisməndə olsa almaq əsas hədəfimizdir. Biz uzun illik praktiki təcrübəmizə, müşahidələrimizə əsaslanıb onu deyə bilərik ki, əhalidə ürək xəstəliklərinin inkişaf riskinin azaldılması məqsədi ilə maarifləndirmə tədbirlərinin təşkili səhiyyəmiz və cəmiyyətimiz üçün zəruridir. Bu zərurəti dərk edərək, bu gün sizinlə görüşüb maarifçilik işinə start verdik. Əvvəllər bu istiqamətdə gördüyümüz işlərin uğurlu praktik nəticələri onu deməyə əsas verir ki, peşəkar səviyyədə maarifləndirmə tədbirlərini genişləndirmək çox əhəmiyyətlidir”.

Daha sonra tədbirə qatılan çox saylı iştirakçılara 30 sualdan ibarət test tapşırıqları paylanıb. Həmin test vərəqələri tam doldurulduqdan sonra ayrılıqda yoxlanılıb, təhlil olunub. Bu usulla tədbir iştirakçıları arasında kardioloji patologiya riskini və xəstəliyini təyin etmək mümkün olub. Tədbirə qatılan iştirakçılar layihənin aktuallığını qeyd edərək, öz sağlamlıq durumları haqqında suallar veriblər. Qarşılıqlı müzakirələr şəklində davam edən görüşdə hər bir kəsin sualları cavablandırılıb. Onların sağlamlıq durumu haqqında məlumat verilərək, geniş maarifçilik işi aparılıb. Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir layihəsi çərçivəsində xeyli sayda Ağsu sakini məlumatlandılıb, onlara tövsiyələr verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə