“Yaxın zamanda Xankəndində, Şuşada Bayrağımız dalğalanacaq”
Tarix: 07-11-2016 | Saat: 14:00
Bölmə:Seçilənlər-4 | çapa göndər
“Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Ümumiyyətlə bu, çox böyük bir bayramdır. Azərbaycan Respublikasının Bayrağı Azərbaycanın dövlət simvoludur, dövlətin atributlarından biridir. Təbii ki, bunun çox böyük bir tarixi var”.
Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
İcra katibinin müavininin sözlərinə görə, ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub: “Orada həm gerbimiz, həm də bayrağımız təsis olundu. Sonradan uzun müddət Sovet hökuməti vaxtında bayraq, himn, gerb tamamilə dəyişdirildi. Məhz ikinci dəfə müstəqil Azərbaycanın dövlət bayrağı Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi, təklifi ilə Naxçıvan MR-nın dövlət bayrağı hesab olundu. Beləcə Azərbaycan Parlamentinə tövsiyyə olundu ki, onlar da bu bayrağı Azərbaycanın dövlət bayrağı kimi qəbul etsinlər. Hələ bundan bir müddət sonra da demək olar ki, Azərbaycan Parlamenti o bayrağı dövlət bayrağı kimi qəbul etmədi. Amma nəticə etibarilə bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı dünyada ən hündür bayraqlardan biridir. Hətta “Ginnes”in rekordlar kitabına da daxil olub”.
S.Novruzov əlavə edib ki, bu gün Azərbaycanın hər bir guşəsində, yerində hətta bu yaxınlarda aprel döyüşləri zamanı qəhrəman ordumuz tərəfindən erməni işğalçılarından azad olunan “Lələtəpə” yüksəkliyində də Azərbaycanın Dövlət Bayrağı dalğalanır: “Hesab edirəm ki, yaxın zamanlarda həm Xankəndində, Şuşada, həm də Azərbaycanın digər qədimi torpaqlarında Azərbaycan Bayrağı dalğalanacaq”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər