Mobil versiya
Erməni zavallı: "Lənətə gələsiniz! Kəsin ayağımı"
Tarix: 7-11-2016, 13:13 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

Erməni zavallı: "Lənətə gələsiniz! Kəsin ayağımı"

Ermənistanın paytaxtı İrəvandakı Post-Patrul Alayının kazarmasını ələ keçirərək prezident Serj Sarkisyanın istefasını tələb edən, həftələrlə davam edən müqavimətdən sonra zərərsizləşdirilən "Sasna Srer" qruplaşmasının üzvlərindən olan Hovanes Harutyunyanın vəziyyəti çox ağırdır.

Milli.Az Epress-ə istinadən bildirir ki, ermənilərin sosial şəbəkələrdə "qəhrəman" adlandırdıqları H.Harutyunyan "Sasna Srer"ə hücum olanda ağır yaralanmış, hospitala aparılmışdı. Onun vəkili Hayarpi Sarqsyanın dediyinə görə, Harutyunyanın durumu çox pisdir.

"Yaralandığı gün istisna olmaqla, Hovanes Harutyunyana heç bir tibbi yardım göstərilmir, o müalicə olunmur. Həkimlər onun şikayətlərinə qulaq asandan sonra deyiblər ki, "özü özünü müalicə etməlidir". Anlaya bilmirəm - həkimin xəstəyə münasibəti nə qədər qəddar, vicdansız olmalıdır ki, ayağından güllə yarası almış insana bu sözləri desin. Hovanesin vəziyyəti çox pisdir. Onun sağ ayağı nazilib, rəngi dəyişib", - Hayarpi Sarqsyan deyib.

Hovanes Harutyunyan isə həkimlərə söyləyib: "Lənətə gələsiniz! Kəsin ayağımı, ağrılara dözə bilmirəm artıq! İnsansınız, insan kimi davranın mənimlə!"

H.Harutyunyan iyulun 26-da, İrəvandakı Post-Patrul Alayının kazarmasını ələ keçirmiş "Sasna Srer"ə qarşı əməliyyat zamanı yaralanmışdı.



52 111 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930