Ölkədə ipoteka krediti alan yoxdur – STATİSTİKA
Tarix: 07-11-2016 | Saat: 12:39
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən ipoteka kreditləşməsinin həcmi 1,1 milyon manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 70,2 dəfə azdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında bildirilib.
May-avqustda olduğu kimi, sentyabr ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib. Yanvar-sentyabr aylarında AİF 31,6 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (azalma 57,1%). Bu ilin 9 ayında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 36,7 milyon manat alıb.
Qeyd edək ki, AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə isə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib.
Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir. Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. 2015-ci ildə AİF-in agent bankları 97,2 milyon manat məbləğində ipoteka krediti veriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər