Mobil versiya
“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq
Tarix: 18-07-2024 | Saat: 13:58
Bölmə:Seçki 2024 | çapa göndər

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq

"WhatsApp" mesajlaşma proqramı KaiOS 2.5.4 və daha yuxarı versiyalarla işləyən cihazlarda fəaliyyətini dayandırıb.

AİA.Az lent.az-a istinadən bildirir ki, messencerin texniki dəstəyindən bildirilib ki, bundan sonra yalnız 2024-cü il iyunun 25-dən əvvəl daxil olmuş istifadəçilər KaiOS-da WhatsApp-dan istifadə edə bilər.

Bununla belə, hətta onların tətbiqi də 2025-ci ilin fevralında ləğv ediləcək. Digərləri üçün messenger artıq mövcud deyil.

Belə ki, WhatsApp dəstəyini dayandıracaq telefonların siyahısına JioPhone, JioPhone 2, Nokia 800 Tough, Nokia 2720 Flip, Nokia 2760 Flip, Nokia 2780 Flip, Nokia 6300 4G, Nokia 8000 4G və Nokia 8110 4G, bəzi Alcatel və Energizer modelləri də daxildir.

Messenger həmçinin KaiOS 3.0-da da fəaliyyətini dayandıracaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024