Mobil versiya
Goranboyda dostlar arasında insident: Maşınını vurub, üstündən keçdi (YENİLƏNİB)
Tarix: 18-07-2024 | Saat: 10:34
Bölmə:Seçki 2024 | çapa göndər

Goranboyda dostlar arasında insident: Maşınını vurub, üstündən keçdi (YENİLƏNİB)

Goranboyda piyadanın vurulub öldürülməsinin bəzi təfərruatları məlum olub.

aia.az-ın məlumatına görə, rayonun Veyisli kənd sakini olan Kürd Tarzan Şamil oğlunun idarə etdiyi "Ford Fusion" markalı minik maşını ilə həmkəndlisi Əhməd Ərəbovun idarə etdiyi "Kia" markalı minik maşınını arxadan vurub. Bundan sonra "Kia"nın sürücüsü avtomobilini saxlayaraq yerə düşüb. Bu zaman Tarzan Şamilov Əhməd Ərəbovun üstündən keçib. Ağır xəsarət alan sonuncu xəstəxanaya yerləşdirilsə də, tibb ocağında ölüb.

Qeyd edək ki, hər iki şəxs dost olub. Onlar arasında mübahisə torpaq üstündə baş verib. Hadisədən bir neçə saat əvvəl onlar dalaşıblar. Dünyasını dəyişən Əhməd Ərəbov "Kürd Abo" kimi tanıb.

Hadisəni törədən Tarzan Şamilov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

***

17 iyul, saat 20:17

Goranboyda avtomobilin vuruduğu 40 yaşlı piyada xəstəxanada ölüb.

"Unikal" xəbər verir ki, 40 yaşlı Əhməd Ərəbov bu gün axşam saatlarında Gəncədə yerləşən xəstəxanaların birində həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Goranboy rayonunun Veyisli kəndində baş verib.

Tural Əhmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024