Anar Nəbiyev: Qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlıq
Tarix: 16-07-2024 | Saat: 16:33
Bölmə:Siyasət | çapa göndər
Ölkələr arasında əlaqələrin inkişafında, dövrün çağırışlarına uyğun olaraq yeni hədəflərin müəyyənləşdirilməsində qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunan mövzulardan biri dövlət başçısı İlham Əliyevin dost, qardaş ölkəyə-Pakistana dövlət səfəridir. Bu səfər bir daha münasibətlərimizin dünəninə, bu gününə qısa nəzər salıb, səfər çərçivəsində müzakirə olunan məsələlərin, imzalanan sənədlərin gələcək üçün nə vəd etdiyini açıqlamağı bir zərurət kimi qarşıya qoyur.
Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, iki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ildə Pakistanın keçmiş Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ildə isə Ulu Öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb.
Dövlət başçısı İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Prezident İlham Əliyevin 2005-ci ildə Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib. Pakistanın Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və dost ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə verib. 2015-ci ildə Pakistan İslam Respublikasının keçmiş Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib.
Prezident İlham Əliyevin bu günlərdə Pakistana dövlət səfəri münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısı “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir” fikirlərinin davamı olaraq onu da bildirir ki, bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. İrəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur: “Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.”
Səfər çərçivəsində əlaqələrimizin müxtəlif sahələrdə uğurlu inkişafının təmin edilməsi üçün mövcud imkanlar geniş müzakirə edildi. Bu səfər Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə geniş tərkibdə görüşlər keçirdi. Həmçinin əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənəd imzalandı. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır. Hər bir sənəd münasibətlərin yeni istiqamət üzrə inkişafını təmin edir. Dövlət başçısı İlham Əliyev səfərin mahiyyətini və perspektivləri özündə ehtiva edən mətbuata bəyanatında planların çoxluğunu önə çəkərək bu əminliyi də ifadə etdi ki, hamısı icra ediləcək.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024