COP29 tarixi uğurlarla yekunlaşdı
Tarix: 26-11-2024 | Saat: 17:59
Bölmə:Siyasət | çapa göndər
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) tarixi uğurlarla yekunlaşdı. Uzun sürən müzakirələrdən sonra plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olundu. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul edildi. Bu, həm də Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Azərbaycanda keçirilən COP29-da Paris İqlim Sazişinin 6-cı maddəsinin tam uyğunlaşdırılmasına dair tarixi razılaşma əldə edildi. Bu maddə ilə bağlı 10 ilə yaxın davam edən çoxillik danışıqlar nəticə vermirdi və bu da iqlim dəyişikliyi ilə mübarizəyə əlavə vəsaitin cəlb edilməsinə mane olurdu. Dubayda keçirilən COP28-də Paris Sazişinin 6.4-cü bəndinin razılaşdırılmasına böyük ümidlər olsa da, gözlənilən nəticə əldə edilməmişdi. Bununla belə, Bakıda keçirilən sammitdə tərəflər Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında karbon bazarının fəaliyyətinə yaşıl işıq yandıraraq, nəzərdətutulan bəndləri razılaşdıra bildilər. Bundan başqa, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul edildi. Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır. Azərbaycan Prezidenti cənab İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarında bildirdi ki, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyulduğunu vurğulayan dövlət başçısı əlavə edir ki, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Cənab Prezidentin qeyd etdiyi kimi, qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. COP29 Prezidenti, İtki və Zərər Fondunu fəaliyyətə keçirərək, 2025-ci ildə vəsaitin paylanmasını hazır vəziyyətə gətirməyi bacardı. Bu nailiyyətlə Bakı Maliyyə Məqsədi növbəti onillikdə milyardları trilyonlara çevirəcək. COP29 Sədrliyi öz Fəaliyyət Gündəliyi təşəbbüslərinə əlavə olaraq, iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyiş əldə etdi. Bu, şəffaflığın inkişaf etdirilməsi və İtki və Zərər Fondu üçün maliyyə təmin edilməsi daxil olmaqla bir çox sahəni əhatə edir. Sədrlik tərəfindən həyata keçirilən təşəbbüslərə əlavə olaraq, Tərəflər və digər maraqlı tərəflər öz öhdəlikləri ilə liderlik göstərdi. Prezident İlham Əliyev son paylaşımında qeyd etdiyi kimi, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirdi ki, COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur. Baş katib qeyd etdi ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır: “Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir”. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Bakıda COP29-un yekunları ilə bağlı bildirdi ki, COP29 quracağımız gələcəyin təməli qoyuldu. Bütün bunlar COP29-un məqsədlərinə çatdığını göstərdi, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaratdı. Cəsarətlə qeyd etmək olar ki, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər. Bakı nailiyyətini cənab Prezident İlham Əliyev çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirdi. COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi olduğunu diqqətə çatdıran dövlət başçısı inandığını da açıqladı ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.
Arif Fərzəliyev ,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024