Mobil versiya
NATO-ya alternativ bir təşkilata ehtiyac yoxdur - Yaşar Gülər
Tarix: 10-07-2024 | Saat: 15:50
Bölmə:Dünya | çapa göndər

NATO-ya alternativ bir təşkilata ehtiyac yoxdur -

Türkiyə İraq və Suriyada son terrorçu öldürülənə qədər əməliyyatlara davam edəcək.

aia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ABŞ-nin “Politico” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə İraq və Suriya sərhədləri boyunca 30- 40 kilometr dərinliyində təhlükəsizlik dəhlizi yaratmaqda və bölgəni terrorçulardan tamamilə təmizləməkdə qətiyyətlidir.

Nazir onu da deyib ki, Avropa İttifaqı (Aİ) üzvlərinin NATO-nun “təhlükəsizlik çətiri”ndən kənarda alternativlər axtarması ittifaq daxilindəki həmrəyliyə ziyandır.

O bildirib ki, Avropa-Atlantik məkanında ən təsirli təhlükəsizlik təşkilatı NATO-dur: “Avropa öz təhlükəsizlik imkanlarını gücləndirməlidir. Amma başqa bir təşkilata ehtiyac yoxdur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024