Ana Sayfa > Dünya > NATO-ya alternativ bir təşkilata ehtiyac yoxdur -
NATO-ya alternativ bir təşkilata ehtiyac yoxdur -10-07-2024, 15:50. Yazar: sevinc1 |
Türkiyə İraq və Suriyada son terrorçu öldürülənə qədər əməliyyatlara davam edəcək. aia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ABŞ-nin “Politico” nəşrinə müsahibəsində deyib. O bildirib ki, Türkiyə İraq və Suriya sərhədləri boyunca 30- 40 kilometr dərinliyində təhlükəsizlik dəhlizi yaratmaqda və bölgəni terrorçulardan tamamilə təmizləməkdə qətiyyətlidir. Nazir onu da deyib ki, Avropa İttifaqı (Aİ) üzvlərinin NATO-nun “təhlükəsizlik çətiri”ndən kənarda alternativlər axtarması ittifaq daxilindəki həmrəyliyə ziyandır. O bildirib ki, Avropa-Atlantik məkanında ən təsirli təhlükəsizlik təşkilatı NATO-dur: “Avropa öz təhlükəsizlik imkanlarını gücləndirməlidir. Amma başqa bir təşkilata ehtiyac yoxdur”. aia.az Geri dön |