Mobil versiya
Türkiyə parlamentinin 11 deputatı həbs edilib
Tarix: 04-11-2016 | Saat: 13:14
Bölmə:Manşet | çapa göndər



Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının həbsi barədə qərar icra olunub.
"Report" xəbər verir ki, proses çərçivəsində HDP həmsədri Figen Yüksəkdağ Şenoğlu Ankarada, partiyanın digər həmsədri Səlahəddin Dəmirtaş isə Diyarbəkirdə saxlanılıb.

Türkiyə Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatına əsasən, göstərişə uyğun olaraq məhkəməyə gətirilmək üçün aşağıdakı şəxslər saxlanılıb:

1. Ferhat Encü 2. Leyla Birlik 3. Selma Irmak 4. Abdullah Zeydan 5. Səlahaddin Dəmirtaş 6. İdris Baluken 7. Figen Yüksəkdağ Şenoğlu 8. Sırrı Sürəyya Öndər 9. Ziya Pir 10. Gülsər Yıldırım 11. Nursel Aydoğan

Müəyyən edilib ki, haqqıda saxlanılma əmri olan Faysal Saryıldız, Tuba Xəzər Oztürk ölkə xaricindədirlər.

Barələrində saxlanılma qərarı çıxarılan İmam Taşçıyer və Nihat Akdoğana qarşı məhkəmə prosesi davam etdirilir.

Məlumata görə, qanunları pozan və prokurorluqların məhkəməyə gəlmək barədə çağırışlarına məhəl qoymayan şəxslər şahid ifadələri zamanı məhkəmədə dindirilmək üçün saxlanılıblar.
Deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan Konstitusiya düzəlişi parlamentin 376 deputatı tərəfindən təsdiq edilib və referendum keçirilmədən may ayında qəbul olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024