Mobil versiya
Azərbaycanda dünyanın ən böyük təndiri inşa olunur – FOTO
Tarix: 11-09-2015 | Saat: 11:49
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər


Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir.

Dünyanın ən böyük təndirlərindən biri Azərbaycanın Astara şəhərində - Xəzər dənizinin sahilində yerləşən park-bulvar ərazisində inşa olunur.

[b]Aia.az[/b] xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, artıq iki aya yaxındır, tikintisi davam edən təndirin bir aydan sonra istifadəyə verilməsi nəzərdə tutulub.

Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir. Bu unikal obyektin inşasında kərpic və daş əvəzində əsasən yüngül metal konstruksiyalardan istifadə olunub. Onun içəri hissəsi isə əl işləri ilə qurulub.

Əsasən 3 bölmədən ibarət olacaq təndirdə Talış mətbəxinin ən məşhur yeməkləri, eləcə də çörək hazırlanacaq. Bişiriləcək təamlar isə park-bulvara istirahətə gələn qonaqlar üçün nəzərdə tutulub.

Hazırda təndirin içərisində suvaq işləri və tavan hissəsinin tikintisi davam etdirilir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024