Əziz Ələkbərli: “Xalqın taleyində mühüm rol oynayan missiyadan kənarda qalmaq bağışlanmaz günah olardı”
Tarix: 04-07-2024 | Saat: 09:35
Bölmə:Manşet / Özəl / Parlament / Seçilənlər-9 | çapa göndər
“Hər gün özlüyündə bir tarixdir. Bəzən gündəlik həyatda adi qəbul elədiyimiz şeylər müəyyən zaman keçəndən sonra çox ciddi bir tarixi hadisə kimi qiymətləndirilir. Bu mənada verilən hər bir bəyanat, söylənən hər bir fikir müəyyən müddətdən sonra bu günün real mənzərəsini təsəvvür etmək üçün məxəz, mənbə rolunu oynayır. Ona görə də illər əvvələ qayıdıb baş verən hadisələri təhlil edəndə ilk növbədə rəsmi sənədlərə müraciət etmək lazım gəlir. Düz 35 il əvvəl yaranmış Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranma tarixi, o dövrdə baş verən hadisələrin təhlili, təşkilat qurucularının qarşılaşdığı çətinliklər, mövcud reallıqlar bu gün üçün tarixə çevrilib. Bu tarixi öyrənməyin, təhlil edib gələcək nəsillərə çatdırmağın vaxtı çatmışdır. Bir qərinəlik hadisələri real, olduğu kimi qələmə almaq, o zamankı hadisələrə təkrar güzgü tutmaq ciddi məsuliyyət tələb edir. Ona görə ki, 100, 200 ildən sonra hadisələrə başqa don geyindirmək istəyənlərə, hansısa hadisəni, fəaliyyəti nə şişirtməyə, nə də kiçiltməyə cəhd edənlərə, necə deyərlər, əl yeri qoyulmasın”.
Bu sözləri aia.az-a VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli demişdir.
Müsahibimiz qeyd etmişdir ki, “bu ilin dekabr ayında 1989-cu ildən 2022-ci ilin avqustuna qədər Azərbycan Qaçqınlar Cəmiyyəti, 2022-ci ilin 3 avqustundan etibarən isə Qərbi Azərbaycan İcması adı ilə fəaliyyət göstərən təşkilatın 35 yaşı tamam olacaqdır. Qərbi Azərbaycan İcmasının sələfi olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranma tarixi, o dövrdə mövcud olmuş ictimai mühit, baş verən siyasi kataklizmlər fonunda keçilmiş yola indi bir daha nəzər salmanın vaxtı çatmışdır. Qaçqınlar Cəmiyyətinin yaranması prosesi keşməkeşli olmuşdur. SSRİ kimi nəhəng imperiyanın millətlərarası münaqişə fonunda günbəgün dağılma prosesi ilə yanaşı gedən milli özünüdərk hərəkatı nəhəng bir güc kimi çalxanır, özünə məcra axtarırdı. Digər tərəfdən, tarixi Azərbaycan torpaqları olan indiki Ermənistandan Azərbaycan türklərinin, yəhudilərin, hətta rus millətindən olanların məcburi deportasiyası çox ciddi problemlər yaratmışdı. Bununla yanaşı, Özbəkistandan Axısqa türklərinin də Azərbaycana üz tutması problemləri bir az da artırmışdı. Lakin bu əzabkeş insanların problemləri həll edilməli, onlara diqqət və qayğı göstərilməli idi. Xalq da üz tutacağı, yardımını təqdim edəcəyi məkan və təşkilat axtarırdı. Bu təşkilat da o vaxt Azərbaycan Qaçqınlar Cəmiyyəti oldu”.
Əziz Ələkbərli bildirib ki, “Cəmiyyət 35 ildə çox işlərin öhdəsindən gəlsə də, xüsusilə 1990-1993-cü illərdə o vaxtkı bəzi dövlət rəsmilərinin, bir sıra dövlət idarələrinin biganə və soyuq münasibəti ilə də qarşılaşmış, lakin çətinliklərə baxmayaraq, Cəmiyyətdə təmsil olunan ziyalıların qətiyyəti sayəsində öz varlığını qoruyub saxlaya, öz missiyasını sürdürə bilmişdir.
Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Qaçqınlar Cəmiyyəti rahat nəfəs almaq imkanı qazandı, Ulu Öndərin çox böyük qayğı və diqqəti sayəsində qaçqınları narahat edən bir çox problemlər həll edildi və Cəmiyyətin fəaliyyətinə bir aydınlıq gəlmiş oldu.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdiəliyi ilə Qarabağın işğaldan azad olunması və Böyük Qayıdışın başlanması isə Azərbaycan Qaçqınlar Cəmiyyətinin işində ciddi keyfiyyət dəyişikliyi zərurəti yaratdı. Və qayıdış prosesinin davamlı olacağını nəzərə alaraq Azərbaycan Qaçqınlar Cəmiyyəti 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncağında "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrildi. Cənab Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və göstərişi ilə QAİ yeni mənzil-qərargahla təmin edildi. Bir sözlə, təşkilatın fəaliyyəti üçün elə bir stimul yaranmış oldu ki, bundan sonra bu böyük missiyadan kənarda qalmaq hər bir kəs üçün çox böyük və hətta mən deyərdim ki, bağışlanmaz günah olardı.
Bütün bunlar artıq tarixdir. Bu tarixi də qeydə almaq, keçilən yolları təhlil etmək vacib şərtlərdən biridir. Hazırda İcmanın 35 ilik fəaliyyətini özündə əks etdirən materialların yığılması, təhlili və nəşrə hazırlanması prosesi gedir”.
İcmanın sədri sonda qeyd edib ki, “ölkə başçısının tövsiyələri, qayğı və diqqəti əslində təşkilata yeni nəfəs, yeni ruh bəxş eləyib. Bu ruh ilk növbədə insanlarımızda qayıdışa inamı möhkəmləndirib. Bu ruh insanlarımızda briləşmək, vahid gücə çevrilmək istiqamətindəki arzuları yenidən dirçəldib. Ona görə də bu proses əvvəldən axıra kimi təhlil olunmalı və 35 ilin hər anı, hər günü olduğu kimi yazıya alınmalıdır. Çünki bu bir tarixdir. Özü də keşməkeşli və sonu arzuların çin olacağı yolun tarixidir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024