Mobil versiya
Hərbi Prokurorluqda yeni təyinatlar
Tarix: 16-10-2025 | Saat: 13:41
Bölmə:Gündəm | çapa göndər

Hərbi Prokurorluqda yeni

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

aia.az xəbər verir ki, hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədov əmri ilə ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.

İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

Respublika Hərbi Prokurorluğundan APA-ya məlumatı təsdiq ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2025