Mobil versiya
Bakıda bu marşrut kart sisteminə keçdi
Tarix: 01-11-2016 | Saat: 13:52
Bölmə:Şou-biznes | çapa göndər



Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimai nəqliyyatda vahid ödəmə kart sisteminə keçidlə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Artıq Bakıda avtobuslarda ödənişin vahid kart sistemi ilə həyata keçirilən marşrut xətlərinin sayı 15-ə çatıb.

Bu gündən daha bir marşrut xətti üzrə də vahid ödəmə kart sisteminə keçid təmin edilib.

Bakıda bu marşrut kart sisteminə keçdi

BNA-dan bildiriblər ki, bundan sonra 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını Bakı Kart vasitəsi ilə ödəyəcəklər. Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. Həmçinin şərnişinlərin Bakı Kartı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları qoyulub. İlk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024