Mobil versiya
"Qoy Ermənistanla, beynəlxaq aləm vahimə içində olsun" Ekspert
Tarix: 01-11-2016 | Saat: 12:34
Bölmə:Manşet | çapa göndər



"Yeganə alternativ Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ünvanlayacağı ultimatum olmalıdır".

Bu sözləri politoloq Elxan Şahinoğlu öz şərhində deyib: "Necə edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə “mərhələli həll” planı işə düşsün və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın? Düşmən aprel döyüşlərindən və verdiyi itkilərdən nəticə çıxarmadı. Danışıqlarla da alınmır. Böyük dövlətlər isə rəsmi İrəvana təzyiq etmək istəmirlər. Demək, yeganə alternativ Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ünvanlayacağı ultimatum olmalıdır".

Elxan Şahinoğlu bildirib ki, ultimatumda müəyyən vaxt ərzində (məsələn 3 ay ərzində) Ermənistan Dağlıq Qarabağa aidiyyatı olmayan rayonları boşaltmasa, Azərbaycan ordusu bu torpaqları azat etmək əməliyyatına başlamaq məcburiyyətində qalacaq deyilməli və yazılmalıdır: "Qoy həm Ermənistan, həm də beynəlxaq aləm vahimə içində olsun. Bəlkə onda nəsə hərəkətlənmə olar. Çünki başqa çarə qalmayıb".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024