Mobil versiya
"Azərbaycan Dəmir Yolları”ndan maşın hədiyyəsi ilə bağlı iddialara - Cavab
Tarix: 25-06-2024 | Saat: 19:40
Bölmə:Cəmiyyət | çapa göndər

"Azərbaycan Dəmir Yolları”ndan maşın hədiyyəsi ilə bağlı iddialara - Cavab

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun qurumun üç xanım əməkdaşına avtomobil hədiyyə etməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı QSC rəsmi açıqlama yayıb. Qurumdan aia.az-a daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” tərəfindən qurumun departament rəhbərlərinə, müşavir və sədr müavinlərinə xidməti istifadə üçün avtomobillər verilir:

“Qeyd olunan iddialar tam əsassızdır. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən hər hansı bir əməkdaşa və ya kənar bir şəxsə avtomobil hədiyyə edilməyib.

Qeyd etmək istəyirik ki, ADY-nin avtomobil parkı mütəmadi olaraq yenilənir, departament rəhbərləri və yuxarı rəhbərlik xidməti minik avtomobilləri ilə təmin edilir”.

Məlumat üçün bildirək ki, sözügedən xəbərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində sədrin tapşırığı ilə bir neçə xanım əməkdaşa “Toyota Corolla” markalı avtomobillərin verildiyi iddia edilirdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2024