Ana Sayfa > Parlament > "Azərbaycan Dəmir Yolları”ndan maşın hədiyyəsi ilə bağlı iddialara - Cavab
"Azərbaycan Dəmir Yolları”ndan maşın hədiyyəsi ilə bağlı iddialara - Cavab25-06-2024, 19:40. Yazar: sevinc1 |
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun qurumun üç xanım əməkdaşına avtomobil hədiyyə etməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı QSC rəsmi açıqlama yayıb. Qurumdan aia.az-a daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” tərəfindən qurumun departament rəhbərlərinə, müşavir və sədr müavinlərinə xidməti istifadə üçün avtomobillər verilir: “Qeyd olunan iddialar tam əsassızdır. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən hər hansı bir əməkdaşa və ya kənar bir şəxsə avtomobil hədiyyə edilməyib. Qeyd etmək istəyirik ki, ADY-nin avtomobil parkı mütəmadi olaraq yenilənir, departament rəhbərləri və yuxarı rəhbərlik xidməti minik avtomobilləri ilə təmin edilir”. Məlumat üçün bildirək ki, sözügedən xəbərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində sədrin tapşırığı ilə bir neçə xanım əməkdaşa “Toyota Corolla” markalı avtomobillərin verildiyi iddia edilirdi. Geri dön |