Mobil versiya
Rektorun oğlu sərəncama GÖTÜRÜLDÜ
Tarix: 21-06-2024 | Saat: 16:41
Bölmə:Təhsil | çapa göndər

Rektorun oğlu sərəncama

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın Ədliyyə Nazirliyində rəis müavini vəzifəsində çalışan oğlu Mehdi Abdullayev sərəncama götürülüb.

aia.az xəbər verir ki, "Qaynarinfo"nun məlumatına görə, "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Prezidentin 4 iyun 2024-cü il tarixli Fərmanı ilə nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.

Müvafiq dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Xidmətin rəis müavini vəzifəsini tutan Mehdi Abdullayev tutduğu vəzifədən azad olunaraq, sərəncama götürülüb.

Qeyd edək ki, M.Abdullayev 2022-ci ilin iyul ayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsindən azad olunaraq, sabiq ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə sözügedən vəzifəyə təyin edilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə