Saatınız geri çəkildi? - Elə isə buna əməl edin
Tarix: 31-10-2016 | Saat: 13:41
Bölmə:Şou-biznes / Karusel | çapa göndər
Azərbaycanın standart vaxt zonası GMT+4 olaraq göstərilir.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.
Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edilib və müvafiq olaraq 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid baş verməyib. Bu səbəbdən oktyabrın son bazar günü, yəni ayın 30-da saatların 1 saat geri çəkilməsinə ehtiyac qalmayıb.
Lakin təəssüflər olsun ki, görülmüş işlərə baxmayaraq bəzi mobil qurğularda bu gecə saatlar avtomatik olaraq 1 saat geri çəkilib. Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində “Vaxtın şəbəkədən avtomatik təyin edilməsi” və “Vaxt zonasının avtomatik təyin edilməsi” imkanlarını seçilməməsi səbəb olub. Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür.
Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa, vaxtın təyin edilməsi panelindən “avtomatik vaxt zonasının seçilməsi” imkanını aktivləşdirmək lazımdır.
Qeyd edək ki, rabitə və kompüter sistemlərinin fəaliyyətində heç bir xəta baş verməyib, sistemlər normal çalışır və Azərbaycanın standart vaxt zonası GMT+4 olaraq göstərilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ