Mobil versiya
Xəzər rayonunda "15 iyun - Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirilib -Fotolar
Tarix: 14-06-2024 | Saat: 15:51
Bölmə:Ölkə | çapa göndər

Xəzər rayonunda "15 iyun - Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 14 iyun 2024-cü il tarixində Xəzər rayonunda "15 iyun - Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Jalə Əhmədova, Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak edib.
 
Zirə Mədəniyyət Mərkəzi - Eko-Parkda təşkil olunan tədbirdə qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respubikasının ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin tarixi başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etdi. 
 
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitliyin bərpa olunduğunu, vətəndaş müharibəsinin qarşısının alındığını qeyd edib və bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günü olduğunu vurğuladı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası və Azərbaycan xalqı qarşısında olan misilsiz xidmətlərindən danışan Milli Məclisin deputatları Sadiq Qurbanov, Jalə Əhmədova, Dilarə Seyidzadə eyni zamanda Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Sonda xatirə şəkili çəkildi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-07-2024