Yerkir: Putin Qarabağdan danışmaq istəmədi
Tarix: 11-09-2015 | Saat: 02:04
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər
“Hər şey Düşənbədə aydınlaşacaq”.
Sentyabrın 7-də Moskvada Ermənistanın dövlət başçısı Serj Sarqsyan və Rusiya prezidenti Vladimir Putinin görüşü baş tutdu.
Qeyd etmək lazımdır ki, hər iki prezident öz nitqlərində ümumi maraqlardan daha çox gözlənti və prioritetləri arasındakı fərqlərdən danışırdılar.
Vladimir Putinin nitqindən belə təəssürat yaranır ki, Ermənistanla münasibətlərdə onu yalnız ticari-iqtisadi əlaqələr maraqlandırır.
Erməni prezidenti Serj Sarqsyanın Moskva səfərinin yekunları üzrə Yerkir.am qəzeti belə yazıb.
Jurnalist Gevorq Darbinyanın "Putinin sirli susqunluğu" başlıqlı məqaləsində qeyd olunur ki, Rusiyanın dövlət başçısı regiondakı inkişaf, xüsusilə də Qarabağ münaqişəsi haqqında bir kəlmə də olsun söyləməyib - hətta Sarqsyan Ermənistan-Azərbaycan sərhədində gərginliyə, düşmənin artilleriya silahları tətbiq etməklə atəşkəsi pozması və bu məsələni Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatının Düşənbədəki sammitində qaldıracağı barədə bəyanatından sonra da.
“Əlbəttə bu o demək deyil ki, məsələ təkbətək görüşdə müzakirə olunmayıb. Yəqin ki, bu mövzu müzakirə edilib. Və Putinin bu ictimai susqunluğu Kremlin məsələnin aktuallığını azaltmaq istəyini göstərir. Bəs nə üçün?” - deyə, müəllif yazır.
Onun fikrincə, heç bir şeyi görmədiyi və eşitmədiyini biruzə verməyə çalışan Moskvanın hərəkətləri artıq İrəvanı o qədər qıcıqlandırır ki, o, öz məyusluğunu gizlədə bilmir.
“Əvvəlcə “İldırım-2015” strateji komanda-qərargah təlimləri çərçivəsində belə bir ssenari sınaqdan keçirildi: KTMT-yə üzv ölkələr Ermənistan qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina edərlərsə, Ermənistanın diplomatik sahədə hərəkətləri necə olacaq? Və nəzərə almaq lazımdır ki, bu ssenari KTMT-nin dəvət olunmuş ekspertlərinin iştirakı ilə və bəlkə də elə onlar üçün sınaqdan keçirildi. Putinlə görüşdən sonra isə Sarqsyan KTMT-nin Düşənbə sammitində Azərbaycanın hərəkətlərini müzakirə etmək niyyətində olduğunu açıq-aşkar söylədi.Oxu.Az
Sammitdə nə baş verəcəyini söyləmək çətindir: İrəvan KTMT üzrə həmkarlarından xəbərdarlıq bəyanatının qəbulunu tələb edəcəkmi yoxsa KTMT konkret mövqe ortaya qoymadığı halda Ermənistanın təşkilatda iştirakının məqsədəuyğunluğu barədə danışmağa başlayacaqmı? Hər şey Düşənbədə aydınlaşacaq.
Lakin Sarqsyanın Putinə öz niyyəti barədə danışması İrəvanın ilk növbədə Moskvanın mövqeyini öyrənmək məqsədindən xəbər verir, çünki KTMT-nin digər üzvlərindən hər hansı ilkin gözləntilərə ümid bəsləmək olmaz. Və məhz Düşənbədə Putinin sirli susqunluğunun nə demək olduğu aydınlaşacaq”, - deyə, məqalədə qeyd olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65