Mobil versiya
Piyadanın ölümündə təqsirləndirilən xanım sürücüyə bəraət verildi
Tarix: 13-06-2024 | Saat: 15:55
Bölmə:Parlament | çapa göndər

Piyadanın ölümündə təqsirləndirilən xanım sürücüyə bəraət verildi

Məhkəmə piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən xanım sürücüyə bəraət verdi

AİA.Az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Pərixanım Nəsrəddinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, P. Nəsrəddinovanın əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.

Məhkəmədə təqsirləndirilən şəxsin başqa hər hansı sübutla təkzib edilməyən ifadəsi və hadisənin videogörüntüləri əsasında məlum olub ki, yol-nəqliyyat hadisəsi zamanı sürücünün hadisənin qarşısını almağa texniki imkanının olmayıb. Eyni zamanda ərazidə hər hansı piyada zolağı da müəyyən edilməyib.

Qeyd edək ki, P. Nəsrəddinovaya elan edilmiş ittihama əsasən, onun yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub. Belə ki, o, Bakıda idarə etdiyi Chevrolet Cruze markalı avtomobillə 07 noyabr 2022-ci il tarixdə yolu keçmək istəyən piyadanı vurub. Nəticədə zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə