Dənizdə batan şəxs sualtı idman növü ilə məşğul imiş -  YENİLƏNİB
Tarix: 11-06-2024 | Saat: 09:21
Bölmə:Manşet / Gündəm | çapa göndər
 
Pirallahı rayonu, Dübəndi çimərliyində batan Mikayıl Mirzəyev sualtı idman növü ilə məşğul imiş.
aia.az xəbər verir ki, onun ən yaxın xilasetmə məntəqəsindən beş kilometr məsafədə, nəzarət olunmayan ərazidə batdığı bildirilir.
1979-cu il təvəllüdlü M.Mirzəyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
*** 12:57
Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mirzəyev Mikayıl Rəhim oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
aia.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, vətəndaş ən yaxın xilasetmə məntəqəsindən 5 km məsafədə nəzarət olunmayan ərazidə batıb.
***09:43
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən aia.az-a verilən məlumata görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   