Mobil versiya
Məhəmməd Salah heyətdən çıxarıldı
Tarix: 26-09-2026 | Saat: 22:14
Bölmə:İdman | çapa göndər

Məhəmməd Salah heyətdən çıxarıldı


Misir millisinin və “Trabzonspor”un ulduz futbolçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun seçmə mərhələsində Cənubi Sudanla keçiriləcək matçda iştirak etməyəcək.

“aia.az” xəbər verir ki, Misir Futbol Federasiyası Salahın qarşılaşmanın keçiriləcəyi stadionun sintetik örtüklü meydançası səbəbindən heyətdən çıxarıldığını açıqlayıb.

Federasiyanın bəyanatında bildirilib ki, milli komandanın texniki heyəti Salaha sentyabrın 29-da Cənubi Sudanla keçiriləcək oyunda istirahət vermək qərarına gəlib.

Qeyd olunub ki, qərar ulduz futbolçunun qorunması məqsədilə qəbul edilib.

Qeyd edək ki, Misir millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində son olaraq Anqola ilə 0:0 hesablı heç-heçə edib. Komanda sentyabrın 29-da səfərdə Cənubi Sudanla qarşılaşacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2026