Hörmüzdən keçən gəmilərin sayı 75 faiz azalıb
Tarix: 27-09-2026 | Saat: 11:00
Bölmə:Dünya | çapa göndər

Hörmüz boğazında kommersiya gəmiçiliyi fəaliyyəti ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyələrdən təxminən 75 faiz aşağıda qalır.
aia.az xəbər verir ki, bu, Böyük Britaniya Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) açıqlamasında yer alıb. İdarə bildirir ki, "boğazdan keçən gəmilərin əksəriyyətini tankerlər təşkil edir".
UKMTO-nun məlumatına görə, 26 iyuldan bəri atəşə məruz qalmaya dair idarəyə məlum olan 43 hadisədən 26-sı Oman sahillərindən cənub marşrutunda qeydə alınıb.
İranın yaratdığı Hörmüz Boğazı İdarəsi (PGSA) yenidən boğazda icazəsiz marşrutlarda hərəkət edən gəmilərin ciddi məhdudiyyətlərlə üzləşəcəyi barədə xəbərdarlıq yayıb. Tehran bəzi şirkətlərin gəmiləri "icazəsiz marşrutlar"da hərəkət etməyə məcbur etdiyi hallar barədə məlumat aldığını bildirib: "Bu cür hərəkətlər təkcə gəmi, gəmi sahibi, kapitan və heyət üçün maliyyə və insan itkisi riski yaratmır, həm də gəminin Hörmüz boğazından keçməyə davam etmək qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-09-2026
26-09-2026