Mobil versiya
Afitsant işi toy mədəniyyətinin bir hissəsidir
Tarix: 27-10-2016 | Saat: 14:16
Bölmə:Seçilənlər | çapa göndər



Şəhərin harasında gəldi şadlıq evlərinin tikilməsi adi hal alıb. Toy biznesi, dövrün ən öndə gedən bizneslərindəndir. Nə isə, sözümün canı başqadır. Bu yazını yazmağa məni sövq edən evimizin düz yanında fəaliyyət göstərən şaqdlıq sarayında toydan sonra düşən afitsant davaları oldu. İşsizlik ucbatından bu gün gənclərin kütləvi şəkildə afitsant işinə axını və bu işin özəllikləri barədə yazmaq istədim. Həmsöhbətim isə afitsant işləyən Samir adlı gəncdir. Ondan bu işin görünən və görünməyən tərəfləri barədə danışmasını xaiş etdim. O da razılaşdı.

-Çoxlarına elə gəlir ki, biz işə toy başlamazdan bir az əvvəl başlayırıq və işimiz qonaqlara xidmət göstərməklə məhdudlaşır. Amma tam bunun əksidir.

Biz işə səhər tezdən başlayırıq. Gətirilən ərzaqları, meyvələri, suları şadlıq evinin içərisinə daşıyırıq. Sonra stolları qaydaya salırıq. Süfrə sərib qabları süfrəyə düzürük, meyvələri, soyuq yeməkləri, salatları süfrəyə yerləşdiririk. Əgər bu proses zamanı hər hansı afitsantın əlinində qab sınarsa, yemək dağılarsa bununlarin dəyəri onun əmək haqqından çıxılır. Görülən bu işlərdən sonra baş afitsant məclis başlayanda kimlərin işləyəcəyini dəftərə qeyd edir və afitsantları işləyəcəkləri stollara təyin edir.

Toy başlayanda. qonaqlara xidmətə biz forma geyinməklə başlayırıq. İş zamanı bizdən həddindən artıq cəldlik, səliqəli , nəzakətli olmaq tələb olunur. Bəzən yeməyi apararkən yıxılanlar, şirəni süfrəyə dağıdanlar, ehtiyatsızlıq üzündən qab sındıranlar olur. Bu hallar isə cəzasız qalmır. Ən yaxşı halda əmək haqqımızdan çıxılır. Müxtəlif xarakterli, səviyyəli qonaqlarla dil tapmaq da afitsantlar üçün asan deyil. Əgər məclis iştirakçılarından hansı biri iləsə afitsant arasında anlaşılmazlıq yaranırsa afitsant döyülüb, təhqir olunsa belə .yenə rəhbərlik tərəfindən müdafiyə olunmur. Ümumiyyətlə bu işin hüquqi tərəflərinə baxsaq afitsantın heç bir hüquqları qorunmur. Rəhbərliklə afitsant arasında əmək müqaviləsi bağlanmır. Təhlükəsizliyi üçün təminat verilmir. Xırda bir nöqsan üzündən istənilən afisantın işdən qovulma təhlükəsi var. Bir özünüz baxın: Səhər saat 8-dən ən tezi axşam saat 12-yə kimi işləyirik. Aldığımız əmək haqqı 8-15 manat arasında dəyişir. Hərdən çay puluda ola bilir. Çox vaxt stol, çay pulu üstə biz afitsantlar arasında dava düşür və soyuq münasibətlər yaranır. Toydan sonra süfrənin yığışdırılması, qabların daşınması işini də afitsantlar görür.

Bu gəncin dediklərindən mən belə anladım ki, bizdə hələ də formalaşmayan toy mədəniyyətinin bir hissəsi elə afisantlarla baglidir. Toyda peşəkar afitsant olması və onlara şərait yaradılması cox önəm daşıyır. İnkişaf etmiş ölkələrdə afitsant işi ən yaxşı peşələrdən sayılır və nəsildən-nəslə ötürülür. Onların təcrübəsindən öyrənmək məncə yaxşı fayda verərdi.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024