Nəbi İsgəndərov: “Azərbaycanın müasir təhsil sistemi Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında formalaşıb”
Tarix: 04-06-2024 | Saat: 14:32
Bölmə:Karusel | çapa göndər

“XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1991-ci ildə xalqımız öz müstəqilliyini ikinci dəfə bəyan etdikdən sonra keçən iki il ərzində ölkəyə liderlik xüsusiyyətlərinə malik olmayan, səriştəsiz şəxslərin rəhbərlik etməsi ağır fəsadlara yol açmışdı. 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyət böhranı kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Bir tərəfdən də Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.”
Bu sözləri 15 iyun – Qurtuluş Günü ilə əlaqədar saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İsgəndərov deyib.
Daha sonra müsahibimiz xüsusi olaraq vurğulayıb ki, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin ölkənin rəhbərliyinə gəlməsi ilə respublikanın ictimai, siyasi, təsərrüfat, mədəni və təhsil həyatında da bir canlanma başlandı: “Qeyd etmək lazımdır ki, Ulu Öndər hələ 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gəldiyi zaman xüsusi diqqət verdiyi sahələrdən biri də məhz təhsil sahəsi idi. Keçən əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulmuş, iqtisadi, sosial və mədəni potensial formalaşdırılmışdır. Bu mərhələdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyət, elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərirdi.”
Fikirlərini davam etdirən Nəbi İsgəndərov Azərbaycan SSR-ə Heydər Əliyevin rəhbərlik etdiyi illərdə respublikamızda təhsil müəssisələrinin sayının kəskin şəkildə artdığını qeyd edib: “1969-1978-ci illərdə orta ümumtəhsil məktəblərinin sayı 77 faiz artmışdır. 1979-cu ildə SSRİ-nin 43 şəhərinin 152 ali məktəbində 3315 nəfər azərbaycanlı gənc təhsil alırdı. Ümummilli Lider Heydər Əliyev ilk növbədə Azərbaycanın intellektual sabahını düşünmüş, sovetlər dövründə respublikada formalaşdırdığı zəngin elmi potensiala istinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusilə diqqət mərkəzində saxlamışdır. Ulu Öndərimizin elm və təhsilin konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin yüksək dinamizmlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də uğurlu islahatların müəllifi kimi tanınmışdır.”
Sonda müsahibimiz bu gün ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasətindən bəhs edərək bunları demişdir: “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasəti artıq 21 ildir ki, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu illər ərzində dövlət başçımızın diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır. Bu gün Ölkə Prezidentinin Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilir. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Təkcə onu vurğulamaq kifayətdir ki, bu dövrdə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Bir sözlə, bu gün Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü, irimiqyaslı işlər görülür” – deyə, Nəbi İsgəndərov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-05-2025