“Gürcüstanla sərhəddə, demək olar ki, gənc yoxdur”
Tarix: 03-06-2024 | Saat: 13:11
Bölmə:Karusel / Parlament / Manşet | çapa göndər
"Ağstafada böyümüşəm. Gürcüstanla sərhəddə, demək olar ki, gənc yoxdur. Başqa sərhəd bölgələrində də vəziyyət təxmini belədir. Düzdür, iş var, lakin gənclərin peşə hazırlığı yetərli deyil".
AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
"Azərişıq", "Azərenerji", "Azəriqaz" və s. qurumlarda vakansiyalar olur, amma kəndlərdə bu vakansiyalara cavab verən kadrlar yoxdur. Ucqar kəndlərdə əlçatanlıq məsələsində müəyyən problemlər var. Yaxud da adi texnik işinə qəbul mərkəzləşdirilmiş qaydadadır, tələb olunan sənədlərin elektron formada göndərilməsi istənilir. Nəzərə almaq lazımdır ki, ucqar kənddə yaşayan və bu işdə işləmək istəyənlər ali təhsilli deyil", - millət vəkili vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-01-2025
04-01-2025
03-01-2025