Mobil versiya
MEK kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir
Tarix: 28-05-2024 | Saat: 18:36
Bölmə:Seçki 2024 | çapa göndər

MEK kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir

İyunun 3-4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Açıq qapı” günləri keçiriləcək.

aia.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, kitabsevərlər həmin günlərdə Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, göstərilən xidmətlərlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri ilə yaxından tanışlıq imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində kitabsevərlər MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət guşələrə baxacaq, “Naxçıvan MR-100”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Füzuli-530”, “Əziz Səncər” adlı sərgilərlə tanış olacaqlar.

“Açıq qapı” günləri saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024