““SOCAR”da işə düzələrkən tanış, dost, dayı keçmir”
Tarix: 26-10-2016 | Saat: 11:32
Bölmə:İqtisadiyyat | çapa göndər
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov keçmiş futbolçu Maşallah Əhmədovun SOCAR-da işə düzəltmək adı ilə tanışından 20 min dollar pul almasına münasibət bildirib.
X. Məmmədov sosial şəbəkədə yazdığı statusunda qeyd edib ki, tanınmış futbolçu özünün cəmiyyətdəki etibarından istifadə edərək dələduzluq etmiş və 200 min manatdan çox başqasının pulunu mənimsəyib:
“Bəlkə də bu mənim diqqətimi o qədər də cəlb etməzdi, çünki belə dələduzluq faktlarına mətbuatda vaxtaşarı rast gəlmək olur. Burada mənim diqqətimi SOCAR-a işə adam düzəltmək bəhanəsi ilə özgəsinin 20 min manat pulunu da alıb, qocaman, hamının sevimlisi, futbol azarkeşi, heç kimə yox deməyi bacarmayan, korifeyimiz, akademikimizin yanına da aparmış və zərərçəkənin sənədlərini ona təqdim edib.
Tutaq ki alınsaydı və o adam işə götürülsəydi. Əslində mümkün olsaydı o, kişiyə heç kim imtina etməzdi. Bu indi qəti mümkün olmadığından, sistemin buna imkan vermədiyindən alınmamışdır. Nə olardı? Sevimli, təmiz, nümunəvi ağsaqqal (Xoşbəxt Yusifzadə- red) bir insanın adına, nüfuzuna nə qədər kölgə salardı bu futbolçunun hərəkəti? Yazıqlar olsun. Allah qapısını açsın, neyləmək olar?
Deyirik, yazırıq, dəfələrlə İnsan Resurslarının Departamentinin rəhbərliyinin bəyanatləri olub. SOCAR-a işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Əsas meyar, bilikdir, səriştədir, bacarıqdır. Tanış, dost, dayı keçmir”.
Qeyd edək ki, məhkəmədə zərərçəkmiş Yusif Əzizov Maşallah Əhmədova oğlunu "SOCAR"da işə düzəltmək 20 min dollar verdiyini bildirmişdi. Daha sonra zərərçəkən futbolçunun bu səbəbdən Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə görüşdüyünü də qeyd edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024