Mobil versiya
Çətənə yetişdirən Neftçala sakini həbs olunub
Tarix: 25-05-2024 | Saat: 10:19
Bölmə:Seçki 2024 | çapa göndər

Çətənə yetişdirən Neftçala sakini həbs olunub

Kür çayının sahilində çətənə bitkisi yetişdirən Neftçala rayon sakini saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Fəttah Əhmədov saxlanılıb. Əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024