Mobil versiya
Nazir müavini: Bu uşaqların reabilitasiyası və reinteqrasiyası üçün 14 müəssisə fəaliyyət göstərir
Tarix: 24-05-2024 | Saat: 17:15
Bölmə:Parlament | çapa göndər

Nazir müavini:

Zorakılığa məruz qalmış, eləcə də insan alverinin qurbanı olmuş uşaqların reabilitasiyası və reinteqrasiyası üçün respublikada dövlət sektoruna, eləcə də qeyri-hökumət təşkilatlarına məxsus 14 müəssisə fəaliyyət göstərir.

aia.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edərkən deyib.

Oqtay Kərimov bildirib ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilə biləcək cinayətlərin, inzibati xətaların, eləcə də uşaqlara qarşı baş verən hüquqpozmaların qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları tərəfindən kompleks tədbirlər görülür, uzunmüddətli proqramlar qəbul edilir. Uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il tarixli sərəncamları ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənərək qüvvəyə minib.

O qeyd edib ki, cinayətlərin, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş zorakılıq əməllərinin qarşısının vaxtında alınması və operativ tədbirlər görülməsi məqsədilə nazirlikdə “102” Xidməti-zəng mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt” kimi sistemlər, E-polis və digər sosial şəbəkə hesabları fəaliyyət göstərir. Vətəndaşların müraciət etmələrinin asanlaşdırılması, baş verə biləcək hadisələrə çevik müdaxilə edilməsi məqsədilə polis sahə rəisləri və yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlar tərəfindən vətəndaşlara vizit kartlar paylanılıb, sığınacaq və sosial reabilitasiya mərkəzlərinə ərazi polis orqanlarının növbətçi hissələrinin əlaqə nömrələri verilib. Bununla yanaşı, sığınacaqlarda işləyən və orada yaşayan şəxslərin təhlükəsizliyinin təmin olunması, onların çağırışlarına yerli polis orqanları tərəfindən dərhal reaksiya verilməsi vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Nazir müavininin sözlərinə görə, həmin müəssisələr uşaq hüquqları klinikasından, uşaq və gənclərin sosial reabilitasiya mərkəzlərindən, hüquqi və sosial yardım xidmətlərindən və sığınacaqlardan ibarətdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-11-2024