Mobil versiya
Lüks avtomobillərin - İCARƏ QİYMƏTLƏRİ
Tarix: 25-10-2016 | Saat: 14:02
Bölmə:Şou-biznes | çapa göndər



Lüks avtomobillərin özü kimi elə bir günlük icarə qiymətləri də göz qamaşdırır.

Əməkdaşlarımız bu dəfə bahalı lüks avtomabillərin “RENT A CAR” qiymətlərini araşdırıb.

Rols-Roys-2 min manat, Ferrari min beş yüz manat, “Galenvagen” min manat və sair. Əslində rəqəmləri düz eşitdiniz. Amma bu onların sadəcə bir günlük icarə haqqıdır. Əməkdaşlarımız bu dəfə bahalı lüks avtomabillərin “RENT A CAR” qiymətlərini araşdırıb.

Bü cür lüks avtomobillərin özü kimi elə bir günlük icarə qiymətləri də göz qamaşdırır.

“RENT A CAR” sahəsində çalışan Kamran Rzazadə deyir ki, avtomobilin dəyərindən istehsal ilindən asılı olaraq bu qiymətlər hətta daha yüksək ola bilər. Qiymətləri isə şirkətlər özləri müəyyənləşdirir. Doğrudur ümumi bir düstur var. Avtomobilin mövcud dəyərinin 3 ilin aylarının sayına bölünür və günlük kirayə haqqı çıxarılır. məsələn əgər avtomobilin dəyəri 150 min manatdırsa onun bölürük 36-ya. Bir günü təxminən 4 min manata düşür. Avtomobilin dəyəri isə modelinə və istehsal müddətinə görə dəyişir. Amma bu da şablon qiymət deyil qiyməti artmasına yaxud azalmasına təsir edən məqamlar var.

Bu faktorlar avtomobilin icarə qiymətinə adətən 400-500 manat təsir edir.

Əgər sürücü avtomobili bir gün yox bir neçə günlük istəyirsə və şəhər daxilində sürəcəksə ona müəyyən güzəştlər ola bilər.

Lüks avtomobillərin icarəyə verilməsinin şərtləri nisbətən ucuz avtomobillər müqayisədə ağırdır. Belə ki şirkətlər onu sürücünün özünün idarə etməsinə elə də müsbət yanaşmır. Çünki bu avtomobillərin detalları da çox bahadır.

Bu sahədə çalışanların sözlərinə görə lüks avtomobil müştərilərinin çoxu məhz qısa müddətə və özləri idarə etmək üçün onlara müraciət edir. Bu zaman isə onların sürücülük keyfiyyətləri və təcrübəsi hökmən nəzərə alınır.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024