Mobil versiya
Bu şəxslər vergi orqanlarında xidmətə qəbul oluna bilməyəcəklər
Tarix: 20-05-2024 | Saat: 17:37
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Bu şəxslər vergi orqanlarında xidmətə qəbul oluna bilməyəcəklər

Prezident İlham Əliyev “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.

aia.az xəbər verir ki, dəyişikliyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş vətəndaşlar, tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş və ya qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməyəcəklər.

Bundan başqa, vergi orqanlarının vəzifəli şəxsi staj müddəti dövründə peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurduqda və staj müddəti başa çatdıqdan sonra onun barəsində müsbət rəy verildikdə sınaq müddəti müəyyən edilmədən, habelə barəsində sınaq müddəti müəyyən edilmiş vəzifəli şəxs sınaq müddəti başa çatdıqdan sonra sınağın nəticəsi qaneedici olduqda, ilkin xüsusi rütbə verilməklə vergi orqanlarında daimi xidmətə qəbul edilir. Staj müddəti başa çatdıqda stajın nəticəsi, sınaq müddəti başa çatdıqda isə sınağın nəticəsi qaneedici olmadıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə