Mobil versiya
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
Tarix: 16-05-2024 | Saat: 16:10
Bölmə:Cəmiyyət | çapa göndər

“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika

“Kaspersky” şirkətinin göstəricilərinə görə, dünyada ən çox “WhatsApp+” istifadəçisi Azərbaycandadır.

“Report” xəbər verir ki, bunu “Paşa Bank” ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, “WhatsApp+” qeyri-leqal proqramdır:

“Onun köməyi ilə hakerlər cihazlarımızda olan fərdi məlumatlarımızı, hərəkətlərimizi, hətta telefonumuza gələn SMS-ləri də oxuyurlar. Həmin məlumatları üçüncü tərəflərə ötürür. Bunun əsasında hətta icazə vermişiksə, cihazlarımızı idarə edə bilir. Sizin xəbəriniz olmadan, xüsusən gecə vaxtı ekran qaralır, PİN-kod daxil edilir və mobil əlavəyə müdaxilə olunaraq pul köçürülür, səhər durub görürsünüz ki, kartda pul yoxdur.

Xəbəriniz olmadan fırıldaqçılıq baş verir. Ancaq bunların qarşısını almaq üçün də banklar daimi əsasda öz tədbirlərini görürlər”, - A.Həsənzadə bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024