Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verildi
Tarix: 13-05-2024 | Saat: 10:34
Bölmə:Parlament | çapa göndər
Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına başlanılıb.
aia.az xəbər verir ki, hər iki kəndin baş planına əsasən, torpaq işləri başa çatdırılıb, evlərin bünövrəsi qazılıb və beton işləri görülür.
Qubadlı rayonunun Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40.27 hektar ərazidə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman-sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, çayxana da nəzərdə tutulub.
Qubadlıda Zilanlı kəndinin də tikintisinə başlanılıb. Bu kənd rayon mərkəzindən 20 kilometr məsafədə yerləşir və onun ümumi ərazisi 180.04 hektar təşkil edir. Birinci mərhələdə 43,5 hektar ərazidə 193 evin tikintisi və 926 nəfərin məskunlaşması nəzərdə tutulub. Bu kənddə də məktəb binası, uşaq bağçası, ailə-sağlamlıq mərkəzi, inzibati bina, klub-icma və idman mərkəzi yaradılacaq.
Hər iki kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Kəndlərin birinci fazası üzrə nəzərdə tutulan inşaat işlərinin bu ilin sonunadək yekunlaşdırılması və tikilən evlərə əhalinin ilk köçü də planlaşdırılır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-01-2025
09:57 Bu rayonlara qar yağır