Mobil versiya
ŞOK! Dollar depozitləri 0,78-lə - QAYTARILIR...
Tarix: 22-10-2016 | Saat: 12:07
Bölmə:İqtisadiyyat | çapa göndər




Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən gün keçirilən iclasında dollarla qoyulan əmanətlərin banklar tərəfindən 0,78 məzənnəsi ilə qaytarıldığı ilə bağlı problem qaldırılıb.

Problemi dilə gətirən millət vəkili Vahid Əhmədov qeyd edib ki, bununla bağlı ona çoxsaylı müraciətlər edilir. Həmin müraciətlərdən biri də keçmiş millət vəkili Gülər Əhmədovanın ləğv edilmiş “Bank Standard” a qoyduğu 27 min ABŞ dolları məbləğindəki depoziti ilə bağlıdır. Gülər Əhmədova müraciətində qeyd edir ki, “Bank Standard” depozitini 0,78 məzənnəsi ilə qaytarmaq istəyir.

Millət vəkili Vahid Əhmədov bunun çox ciddi problem olduğunu nəzərə çatdırıb və əmanətçilərin bu cür problemlə qarşılaşdığını vurğulayıb.

Sözügedən məsələ mediada yayımlandıqdan sonra sosial şəbəkə istifadəçiləri də məsələyə sərt reaksiya veriblər. Onlar qeyd edir ki, vaxtilə 0,78 məzənnəsi ilə kredit götürsələr də banklar bugünkü məzənnəyə uyğun kreditin qaytarılmasını onlardan tələb edirlər. Amma depozitlərin qaytarılmasında bu qaydaya əməl etmək istəmirlər. Köhnə məzənnə ilə əmanəti hesablayıb qaytarmaq istəyirlər.

İqtisadçı ekspert Samir Əliyev də sosial şəbəkədə mövzuya münasibətini bildirib. O da qeyd edib ki, kreditlər qoyulduğu xarici valyutada və ya qaytarılan tarixə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə manatda qaytarıldığı kimi əmanətlər də xarici valyutada və ya götürülən tarixə Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatda qaytarılmalıdır: “Təəssüf ki, həm kreditlərin qaytarılmaslnda, həm də əmanətlərin götürülməsində bank tərəfindən sui-istifadə halları olur. Birincidə satış, ikincidə alış kursu əsas götürülür və əhali nəticədə xeyli itirir”.

“Qafqazinfo” məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fondu ilə əlaqə saxlayıb. Fonddan bildirilib ki, bu gün qeyri-iş günü olduğundan problemə birinci günü cavab veriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024