Mobil versiya
Sevdadan ŞOK ETİRAF: "Övladım ondan deyil..."
Tarix: 22-10-2016 | Saat: 10:39
Bölmə:Seçilənlər-4 | çapa göndər



Ondan olsa işə getməz, ya da işə gedəndə məni də özü ilə aparar


"Bu mənim ikinci ailəmdir. Birinci ailəm uğursuz oldu, iki ay çəkmədi heç, ayrıldıq"

Bu sözləri lent.az-a müsahibəsində rəqqasə Sevda Sanalıyeva deyib.

O, uğursuz nəticələnən birinci evliliyi və hazırda xoşbəxt olduğu ikinci evliliyindən də danışıb.

- Gördüyüm qədərilə həyat yoldaşınız daim yanınızdadır, nəzər-diqqəti üstünüzdədir.

- Elədir. Ondan olsa işə getməz, ya da işə gedəndə məni də özü ilə aparar. Əslində, bu, mənim xoşuma gəlir. Düzdür, hərdən adamı yorur, çünki insan bəzən təkliyə çəkilmək, bir az tək qalmaq, özünə vaxt ayırmaq istəyir. O, həddən çox qayğıkeş, diqqətlidir, hər zaman – işdə, şəxsi həyatımda, xəstəliyimdə, xoş günümdə yanımdadır. O, məni heç vaxt, heç nədə tək qoymayıb. Ən çətin vaxtlarımda yanımda olduğu, ən ağır vaxtlarımda məni indiki kimi sevdiyi üçün nə deyirsə, onunla razılaşıram.

- Bilirik ki, bu, sizin ikinci nikahınızdır. İkinci dəfə evlənməyinizi niyə gizli saxladınız?

- Ailə məsələm bir az qarışıq oldu. Bəli, bu, mənim ikinci ailəmdir. Birinci ailəm uğursuz oldu, iki ay çəkmədi heç, ayrıldıq. Ona ailə demək istəmirəm, düzgün verilməmiş uğursuz qərar deyim. Sonra ikinci ailəmi qurdum. Həyat yoldaşımdan olsa toy etmək istəyirdi, mən istəmədim. Gözəl ailə, xoşbəxtlik, mehribanlıq varsa, toy çox da vacib deyil. Amma bilmək olmaz, bəlkə bir ildən sonra toy etdik (gülür). Bizim xasiyyətimiz belədir, beynimizə nəsə gəlsə, edə bilərik. İkinci dəfə ailə qurmağımı gizlətmirdim, amma bu barədə danışmırdım da. Bu haqda ilk dəfə olaraq sizə açıqlama verirəm. İlk evliliyimdə qərar verməkdə tələsmişdim. Buna görə də çox peşmanam.

- Tələsik qərarla qurduğunuz ilk evlilikdən övladınız oldumu?

- Yox, mən ondan övlad dünyaya gətirməmişəm. Övladlarımın ikisinin də atası indiki həyat yoldaşımdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024