Mobil versiya
Şərq Tərəfdaşlığı çərçivəsində İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib
Tarix: 03-05-2024 | Saat: 18:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Şərq Tərəfdaşlığı çərçivəsində İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib

Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir deyib ki, Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopman ilə görüşdə bir sıra istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib: “Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq və Aİ ilə ümumi əməkdaşlıq istiqamətləri müzakirə edilib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə