Mobil versiya
Avropa İttifaqı Türkiyə ilə bağlı qərar verəcək
Tarix: 21-10-2016 | Saat: 12:29
Bölmə:Manşet | çapa göndər



Avropa İttifaqına (Aİ) üzv olan 28 dövlətin liderləri Brüsseldə keçirilən sammitdə Aİ və Türkiyə arasında yaxın bir neçə həftə ərzində viza rejiminin ləğvi mexanizminin müəyyənləşdirilməsini dəstəkləyiblər.

Bu barədə RİA Novosti xəbər verir.

“Qanunvericilərə yaxın bir neçə həftə ərzində vizaların ləğvi mexanizminin tətbiqi barədə sazişə dair razılığa gəlmək təklif olunub”, - Aİ sammitinin bəyanatında bildirilir.

Mart ayında Aİ və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan saziş əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində ittifaqa leqal qaydada suriyalı qaçqınları göndərməlidir.

Bu razılaşmalar çərçivəsində Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi də nəzərdə tutulub. Lakin Aİ sonradan Türkiyə ilə viza rejiminin ləğv etdirilməsi üçün Ankaraya terrorizmlə mübarizə ilə bağlı qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürüb.

Türkiyə öz növbəsində viza sərbəstliyi ilə bağlı Avropa İttifaqının Ankaraya terrorizmlə mübarizəyə dair qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürməsi səbəbindən razılaşmanı pozacağını bəyan edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024